...

Sabahdan Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Cəmiyyət Materials 4 İyun 2025 16:12 (UTC +04:00)
Sabahdan Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sabah - 5 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Xəbər lenti

Xəbər lenti