...

Mərkəzi Avropa Azərbaycandan sabit qaz tədarükünə ümid edir - MVM (ÖZƏL)

İqtisadiyyat Materials 4 İyun 2025 16:10 (UTC +04:00)
Mərkəzi Avropa Azərbaycandan sabit qaz tədarükünə ümid edir - MVM (ÖZƏL)
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və yaxın on il ərzində inkişaf üçün əhəmiyyətli potensiala malikdir.

Bunu Trend-ə “MVM CEEnergy” baş direktoru Qabor Orban Bakı Enerji Forumu çərçivəsində verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Avropa regionuna təbii qaz tədarük etmiş ilk tədarükçü olub ki, bu da enerji resurslarına artan tələb fonunda çox mühüm nailiyyətdir.

“Biz Azərbaycan qazını alıb Mərkəzi Avropaya nəql edən ilk ölkə və ilk şirkət olmağımızla qürur duyuruq. Bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq və qaz sektorunda genişlənməyə açıqıq”, -deyə o bildirib.

Q.Orban deyib ki, uzunmüddətli perspektivdə - qarşıdakı 30 il ərzində Azərbaycanın neft qaz sektoru yüksək potensialını qoruyub saxlayacaq. Avropa ölkələri ilə tərəfdaşlıq imkanları isə genişlənməyə davam edir.

"Mərkəzi Avropa bazarı böyüyür və MVM öz portfelini şaxələndirir. Biz təbii qaz və elektrik enerjisinə fokuslanmışıq, habelə yaşıl enerjinin Avropaya nəqli üçün "yaşıl dəhliz"i perspektivli istiqamət kimi nəzərdən keçiririk", - deyə baş direktor vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti