...

"Boston Consulting Group" Azərbaycanın iqlim gündəminin təşviqindəki liderliyini vurğulayıb

İqtisadiyyat Materials 4 İyun 2025 11:20 (UTC +04:00)
"Boston Consulting Group" Azərbaycanın iqlim gündəminin təşviqindəki liderliyini vurğulayıb
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan iddialı iqlim hədəflərinə doğru sürətlə irəliləyir.

Trend xəbər verir ki, bunu “Boston Consulting Group” şirkətinin idarəedici direktoru və tərəfdaşı Anton Kosaç Bakı Enerji Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan “yaşıl” enerjinin inkişafı və iqlim güdnəminin gerçəkləşdirilməsində qətiyyətli irəliləyiş nümayiş etdirməkdədir.

“Bu mühüm müzakirədə iştirak etməkdən qürur duyuram . Qoyulmuş hədəflərdə və onlara çatmaq üçün atılan addımlarda əhəmiyyətli tərəqqi və ciddi ambisiyalar görməkdəyik”, – deyə o vurğulayıb.

A.Kosaç həmçinin qeyd edib ki, innovativ həllərin, o cümlədən süni intellektin tətbiqi enerji sektorunun keçidində həlledici rol oynayır:

“Qısa müddət ərzində bazara bir sıra məhsullar , o cümlədən metan emissiyalarına nəzarət üçün süni intellektə əsaslanan kompleks idarəetmə həlləri çıxarılıb. Həmçinin ionik mayelərin istifadəsi və enerji saxlama sistemləri üzrə layihələr inkişaf etdirilir. Bu sistemlər Xəzər Süni İntellekt İnstitutunda modelləşdirilib”,- deyə Kosaç əlavə edib.

Spiker COP29 çərçivəsində Azərbaycanın təşəbbüslərinin – xüsusilə “yaşıl enerji dəhlizi”nin inkişafı və Avropanın dayanıqlı enerji təchizatına yönəlmiş ixrac layihələrinin – əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti