Bakı. Trend:
Almaniyada 20 yaşlı gəncin idarə etdiyi avtomobili ibtidai sinif şagirdlərindən ibarət qrupun üzərinə sürməsi nəticəsində xəsarət alanlar var.
Trend “Bild” qəzetinə istinadən xəbər verir ki, Köln yaxınlığındakı Hürt şəhərində baş verən hadisə nəticəsində azı iki uşaq xəsarət alıb.
Onlardan birinin vəziyyəti ağırdır.
Polisin açıqlamasında hadisənin qəsdən törədildiyinə dair hər hansı əlamət aşkarlanmadığı bildirilib. Hadisə yerinə iki təcili tibbi yardım helikopteri cəlb olunub.
Hazırda araşdırma aparılır. Yaralananların dəqiq sayı müəyyənləşdirilir.