...

Sesk Fabreqas "İnter"lə ilkin razılıq eəldə edib

İdman Materials 5 İyun 2025 04:40 (UTC +04:00)
Sesk Fabreqas "İnter"lə ilkin razılıq eəldə edib

Bakı. Trend:

İspaniyalı mütəxəssis Sesk Fabreqas "İnter"in baş məşqçisi postunu tutmağa razılıq verib.

Trend-in məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər verib.

Məlumata əsasən, hazırda "Komo" klubunu çalışdıran Fabreqasın "İnter"lə ilkin razılığa gəldiyi bildirilir. Milan təmsilçisi Simoene İnzagidən boşalan baş məşqçi vəzifəsini Fabreqasla doldurmağı planlaşdırır.

Hazırda tərəflər arasında yalnız "Komo" klubuna ödəniləcək kompensasiya məsələsi müzakirə olunur.

Qeyd edək ki, Simoene İnzagi 4 illik fəaliyyətdən sonra dünən "İnter"dən ayrılıb. "Komo" isə Sesk Fabreqasın rəhbərliyi altında A Seriyasını 10-cu yerdə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti