...

Tramp 12 ölkə vətəndaşının ABŞ-a girişini qadağan edəcək

Dünya xəbərləri Materials 5 İyun 2025 04:07 (UTC +04:00)
Tramp 12 ölkə vətəndaşının ABŞ-a girişini qadağan edəcək

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bazar ertəsindən etibarən 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edib və daha 7 ölkənin sakinlərinə qismən məhdudiyyətlər qoyub.

Trend-in məlumatına görə, bu barədə Ağ Ev tərəfindən yayılan prezident fərmanının mətnində deyilib.

Bildirilib ki, ümumi qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Məhdudiyyətlər ABŞ Şərq sahilləri vaxtı ilə iyunun 9-u saat 12:01-də qüvvəyə minəcək.

Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşları üçün qismən məhdudiyyətlər tətbiq olunacaq. Məhdudiyyətlər bu ölkələrin hər biri üçün müəyyən viza növlərinə şamil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti