...

Smartfonların dövrü sona çatır - Mark Zukerberq

Gündəm Materials 4 İyun 2025 20:08 (UTC +04:00)
Smartfonların dövrü sona çatır - Mark Zukerberq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Meta”nın rəhbəri Mark Zukerberq yaxın gələcəkdə smartfonların aktuallığını itirəcəyini açıqlayıb.

Trend xəbər verir ki, onun sözlərinə görə, smartfonların dövrü bitir və onların yerini artırılmış reallıq (AR) texnologiyaları, xüsusilə ağıllı eynəklər tutacaq.

M.Zukerberqin bu proqnozu 20 il əvvəl Bill Qeytsin “iPod”un bazar liderliyinin sona çatacağı barədə söylədikləri ilə paralellik təşkil edir. B.Qeyts o zaman smartfonların xüsusi musiqi pleyerlərini tamamilə əvəz edəcəyini demişdi.

“Meta” şirkəti artıq ağıllı eynəklər və AR texnologiyalarının inkişafına böyük sərmayələr qoyur. Şirkət gələcəyin daha inteqrasiya olunmuş və interaktiv cihazlarda olduğunu vurğulayır.

Qeyd edək ki, bu açıqlamalar texnologiya dünyasında yeni mərhələnin başlanğıcını göstərir və smartfonların yaxın gələcəkdə “köhnə texnologiya” kimi qiymətləndirilməsinə səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti