Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 iyul tarixində daha 3 nəqliyyat vasitəsi açıq hərraca çıxarılacaq.
Trend bu barədə Dövlət Xidmətindən məlumat əldə edib.
Məlumata görə, bu nəqliyyat vasitələrinin ən ucuzunun start qiyməti 2 000 manat, ən bahalısının start qiyməti 4 min manatdır.
2 iyul tarixində hərraca çıxarılan nəqliyyat vasitələri barədə ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.