...

“İçərişəhər”in Muzey Mərkəzinə direktor təyin edildi

Mədəniyyət Materials 4 İyun 2025 16:26 (UTC +04:00)
“İçərişəhər”in Muzey Mərkəzinə direktor təyin edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.

Bu barədə Trend-ə idarədən bildirilib.

Qeyd edək ki, o, fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlayıb, 1994–2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb. 2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.

2021–2025-ci illərdə müxtəlif muzey layihələrinə rəhbərlik edib və ekspert qismində iştirak edib. Bu dövrdə onun bilavasitə iştirakı ilə bir çox konseptual təşəbbüslər və təşkilati işlər həyata keçirilib.

Azərbaycan mədəniyyətinin təbliği, muzey işinin təkmilləşdirilməsi sahəsindəki xidmətlərinə görə Azadə Hüseynova Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 yanvar tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti