...

Azərbayacan Gürcüstana neft bitumu satışından gəlirlərin 25 dəfədən çox artırıb

İqtisadiyyat Materials 4 İyun 2025 13:46 (UTC +04:00)
Azərbayacan Gürcüstana neft bitumu satışından gəlirlərin 25 dəfədən çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 2,044 min ton neft bitumu ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 534,2 min ABŞ dolları olub.

Gürcüstana neft bitumu ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1,930 min ton və ya 17,9 dəfə, dəyər ifadəsi ilə 513 min ABŞ dolları, yaxud da 25,2 dəfə artıb.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 114,5 min ton miqdarında, 21,2 min ABŞ dolları dəyərində neft bitumu ixrac edilmişdi.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycandan yalnız Gürcüstana neft bitumu ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti