...

BAMF yerli QHT-lərə dəstək məqsədilə yeni layihənin icrasına başlayıb

Cəmiyyət Materials 4 İyun 2025 13:08 (UTC +04:00)
BAMF yerli QHT-lərə dəstək məqsədilə yeni layihənin icrasına başlayıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” adlı yeni layihənin icrasına başlayıb.

Trend xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə təmsilçiliyini artırmaq, onların BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status əldə etmələrinə, BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin iş prinsiplərini öyrənmələrinə və müxtəlif istiqamətlərdə beynəlxalq hesabatlar hazırlamalarına dəstək olmaqdır. Layihənin ilkin mərhələsində iştirakçı QHT-lərin müəyyən edilməsi məqsədilə onlayn anket forması hazırlanıb və BAMF sorğuların iştirakçılıq səviyyəsini artırmaq üçün Milli QHT Forumu ilə əməkdaşlıq edir.

Layihədə iştirak üçün sorğu linki:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeo4f6jFdxEnML8gkRZMGHxtW83Pjsdp2Eu6WbUGs4HJvughw/viewform?usp=preview

Sorğunu tamamlayaraq müraciət edən təşkilatların toplanmış məlumatları əsasında onların beynəlxalq platformalarda iştirak imkanları, layihənin məqsədlərinə uyğunluğu və ECOSOC-da məşvərətçi statusu əldə etmək potensialı qiymətləndiriləcək. Sorğunun yekununda seçilmiş 20 QHT nümayəndəsi layihə çərçivəsində təlimlərdə iştirak etmək hüququ qazanacaq. Təlimlərlə yanaşı ECOSOC-da statusa sahib olan yerli QHT-lərin rəhbərləri də layihə iştirakçıları ilə öz təcrübələrini bölüşəcəklər. Layihənin sonunda isə təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq və növbəti layihələrdə də onların iştirakı və beynəlxalq təşkilatlara səfərləri nəzərdə tutulacaq.

Sorğunun son tamamlanma günü 20 iyundur.

Xəbər lenti

Xəbər lenti