...

Qarşımızda çox böyük vəzifələr var - BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun üzvü

Cəmiyyət Materials 4 İyun 2025 10:51 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Qarşımızda çox böyük vəzifələr var.

Trend xəbər verir ki, bunu Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda mühazirə zamanı BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü (Kolumbiya) Pastor Elias Murillo Martinez deyib.

Onun sözlərinə görə, rasizmin siyasi vasitə kimi istifadə olunması, enerji və iqlim dəyişiklikləri ilə bağlı məsələlər, süni intellektin mənfi təsirləri, azad demokratiyanın qarşısında duran problemlər və öhdəliklər kimi faktorlar etnofaşizmin yenidən meydana çıxmasına zəmin yaradır.

"Mən Latın Amerikası bölgəsindən gəlmişəm. Bu regionda Afrikadan gətirilmiş kölələrin nəslindən olan təxminən 200 milyon insan yaşayır. Məsələn, Braziliya əhalisinin 55 faizi Afrika mənşəlidir. ABŞ-də təxminən 50 milyon Afrika mənşəli insan var. Kolumbiyada isə əhalinin 20 faizi Afrika əsillidir və bu insanlar əsasən sahil və liman şəhərlərində məskunlaşıblar", – deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti