Bakı.Trend:
Ermənistanın çirkləndirdiyi çaylar Araz çayına gəlib tökülür.
Trend xəbər verir ki ki, bunu “Enviromental Protection First” QHT Koalisiyasının keçirdiyi “Metsamor" AES-lə əlaqədar brifinqdə "Enviromental Protection First” QHT Koalisiyasının üzvü Sabit Bağırov deyib.
Onun sözlərinə görə, Arazın çirklənməsi ilə bağlı İranda da fevralda narahatlıqlar qeyd edilmişdi:
"Azərbaycanın bütün ərazisi bu risklərin altındadır. Medianın üzərinə düşən bu barədə danışmaq, beynəlxalq qurumlara müraciətlər etməkdir".
S.Bağırov qeyd edib ki, Türkiyədəki 33 təşkilatın təşəbbüsü gözlənilməz olub:
"Bu, o deməkdir ki, problemlər artıq həm də Türkiyəni və İranı narahat edir. Ermənistanda 900-dən çox dağ-mədən müəssisəsi var. Onlardan 24-ü qiymətli metallar üzrə fəaliyyət göstərir. Əksəriyyəti isə çınqıl daşı və digər materiallar üzrə fəaliyyətdədir".