Bakı. Trend:
Biz Avropa hissəsini təmsil etdiyimiz Cənub Qaz Dəhlizi bu gün və gələcəkdə qaz hasilatını birləşdirən unikal bir marşrutu təmsil edir. Bu, Avropa bazarına çox pozitiv genişlənmə imkanını təklif edir. Son beş ildə isə bu, Avropanın enerji təchizatı təhlükəsizliyinə böyük töhfə verdi.
Trend xəbər verir ki, bunu Trans-Adriatik Boru Kəmərinin (TAP) icraçı direktoru Luka Şipatti 30-cu Yubiley “Baku Energy Forum” çərçivəsində keçirilən "Neft və Qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsi" sessiyasında çıxışında deyib.
O bildirib ki, TAP vasitəsilə çətin vaxtlarda Moldovaya qədər qaz çatdırılıb:
"Bu gün prioritet olan şaxələndirməyə böyük töhfə verdik. Bu, həmçinin bazara likvidlik baxımından da mühüm nəticə oldu. Bazarda likvidlik – bu, həm də sənaye və ev təsərrüfatları üçün enerji xərclərinin böyük təsirini bir qədər azaltmaq deməkdir.
Rəqəmlər aydındır. Biz bu günə qədər Avropaya 47 milyard kubmetrdən çox qaz nəql etmişik, bunun 39 milyard kubmetri İtaliya nəql edilib.
Düşünürəm ki, ilk növbədə bu, etibarlı, davamlı və fasiləsiz Azərbaycanın qaz təchizatına güvəndiyimiz üçündür. Bu, əsas anlayışdır. Azərbaycan Avropaya sübut etdi ki, onların qaz hasilatı etibarlı və davamlıdır".
L.Şipatti vurğulayıb ki, müştərilərə fasiləsiz əməliyyat və xidmət təqdim etmək üçün biz maraqlı kommersiya təklifləri irəli sürdük və onlar da bundan istifadə etdilər:
"Yəni boru kəməri təkcə fiziki qaz axını üçün deyil, eyni zamanda əks axın və digər kommersiya imkanları üçün də istifadə edildi. Bu gün 45 müştəriyə bu infrastrukturu ən yaxşı şəkildə istifadə etmək imkanı yaratdı.
Əsl dönüş nöqtəsi bu oldu ki, biz hər gün, qısamüddətli yanaşma ilə əməliyyat şəraitində ötürmə gücünü maksimum istifadə etmək imkanı təqdim etdik. Bunu davam etdirəcəyik"
O bildirib ki, uzunmüddətli perspektivdə isə əlavə qısamüddətli ötürmə imkanları təqdim ediləcək:
"İnfrastrukturun yüksək standartlara cavab verdiyini, yüksək keyfiyyətli dizayn və tikinti ilə seçildiyini qeyd etməliyik.
Etibarlı olmaq üçün, siz yüksək standartlı dizayn və tikinti ilə başlamalısınız. Lakin bununla kifayətlənməyib, yüksək sənaye standartlarını təmin etmək üçün innovasiyaları da tətbiq etməlisiniz. Sadəcə bir neçə nümunə qeyd etmək istəyirəm. Albaniyada geoloji təhlükə bölgələrini real vaxtda izləmək üçün fiber-optik sistemimiz var. Zəlzələ baş verdikdə riskləri idarə etmək üçün real vaxtda seysmik monitorinq sistemimiz mövcuddur".
"Dronlar və peyk görüntüləri sayəsində süni intellekt və maşın öyrənməsindən istifadə edərək, boru kəmərimizin vəziyyətini və aktivlərin bütövlüyünü daha yaxşı anlayırıq. Boru kəməri boyunca sızmaların qarşısını almaq üçün sızma aşkarlama sistemi təmin edirik. İşçilərimizi, xüsusilə dispetçer heyətini təlimatlandırmaq üçün virtual təlim simulyatorumuz var.
İş icazələrinin idarə olunması üçün elektron platformamız mövcuddur. Bütün bu texnologiyalar, bu innovasiyalar aktivimizin gündəlik etibarlılığını təmin edir, - L.Şippati qeyd edib.