...

2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin gücünü 11 teravata çatdırmaq lazımdır - IRENA

İqtisadiyyat Materials 4 İyun 2025 12:58 (UTC +04:00)
2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin gücünü 11 teravata çatdırmaq lazımdır - IRENA
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya ictimaiyyəti 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrindən istifadə həcminin üç dəfə artırılması səylərinin aktivləşdirməlidir.

Trend xəbər verir ki, bunu Bərpaolunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin (IRENA) baş direktorunun müavini Qauri Sinqh Bakı Enerji Forumunda çıxışında deyib.

“Ötən il dünyada 585 giqavatlıq bərpa olunan enerji gücləri istismara verildi, bu sahəyə yatırılan investisiyalar isə 100 milyard avrodan çox artdı. Halbuki qarşıya qoyulan hədəflərə çatmaq üçün bu temp kifayət etmir – ümumi gücü 11 teravata qədər çatdırmaq üçün bu göstəricilər ən azı üç dəfə artırılmalıdır”, – deyə Sinqh bildirib.

O, həmçinin “yaşıl” enerjinin inkişafında mövcud olan qlobal bərabərsizliklərə də diqqət çəkib. Onun sözlərinə görə, əgər Çin, Avropa İttifaqı və ABŞ istisna olunsa, dünyanın qalan hissəsində cəmi 17 giqavat bərpa olunan enerji gücü istifadəyə verilib. Bu isə inkişaf etməkdə olan ölkələrdə ciddi maliyyə çatışmazlığını göstərir.

“İnkişaf etməkdə olan ölkələr üçün kapitalın dəyəri inkişaf etmiş ölkələrə nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir. Əgər biz bərabər enerji artımına nail olmaq istəyiriksə, maliyyə mexanizmlərində təcili islahatlar aparılmalıdır”, – deyə o bildirib.

Sinqh həmçinin enerji infrastrukturuna, xüsusilə də enerji ötürmə şəbəkələrinə investisiyaların artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, istehsal və istehlak arasında disbalansın qarşısını almaq üçün bu şəbəkələrin inkişaf etdirilməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti