Bakı. Trend:
Donald Tramp administrasiyasının rüsumların növbəti onillikdə büdcə kəsirini 2,8 trilyon dollar azaldacaq, eyni zamanda ölkə iqtisadiyyatının yavaşlamasına da səbəb ola bilər.
Trend-in məlumatıa görə, bu, ABŞ Konqresinin Büdcə İdarəsinin hesablamalarında əks olunub.
"ABŞ iqtisadiyyatına təsirini nəzərə almadan rüsumlar ümumi büdcə kəsirini 3 trilyon dollar azalda bilər”, - deyə sənəddə bildirilib.
Bununla belə, qeyd edilib ki, rüsumların artırılması uzunmüddətli perspektivdə ABŞ iqtisadiyyatında, o cümlədən digər ölkələrin ABŞ rüsumlarına tətbiq etdiyi cavab tədbirləri nəticəsində yavaşlamağa səbəb olacaq.
"[ABŞ] iqtisadiyyatının ölçüsündə dəyişiklikləri nəzərə alaraq, tariflər ümumi federal büdcə kəsirini 2,8 trilyon dollar azaldacaq", - deyə qeyd olunub.
Konqresin Büdcə İdarəsi həmçinin 2025-26-cı illər ərzində inflyasiyanın hər il 0,4 faiz bəndi artacağını, ev təsərrüfatlarının və müəssisələrin alıcılıq qabiliyyətini azaldacağını proqnozlaşdırır.