...

Cari ilin sonunadək Azərbaycanda logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq - Yusif Abdullayev

İqtisadiyyat Materials 5 İyun 2025 15:51 (UTC +04:00)
Cari ilin sonunadək Azərbaycanda logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq - Yusif Abdullayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

AZPROMO tərəfindən bu ilin sonuna qədər "Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hökumətə təqdim etdikləri sənəddə Azərbaycandan xaricə satılan məhsulların 70%-ə qədər təşviq verilməsi nəzərdə tutulur: "Ancaq Qarabağ və Şərqi Zəngəzur üzrə verilən imtiyazları biz düşünürük ki, bundan da artıq, hətta 100%-ə qədər tətbiq etmək olar".

"Təbii ki, bu, müddətli olacaq. İlkin mərhələdə 5 il, sonra isə yenə də 5 il uzatmaqla reallaşdırmaq istəyirik. Bu da Qarabağda fəaliyyət göstərən sahibkarların ixracına ciddi formada dəstək olacaq", - Y. Abdullayev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti