Bakı. Trend:
Cari ilin yanvar-may aylarında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcə daxilolmaları 7,843 milyard manat təşkil edib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, DVX xətti ilə büdcə daxilolmaları proqnozdan 423 milyon manat və ya 5,7% çox icra edilib.
Qeyd edək ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 17,138 milyard manat təşkil edib. Bu, 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çoxdur. Bu dövrdə dövlət büdcəsinin xərcləri 14,195 milyard manat proqnoza qarşı 13,692 milyard manat, yəni 96,5 faiz icra edilib.