Bakı. Trend:
Rusiyada bütün vətəndaşlar “Dövlət Xidmətləri” tətbiqi vasitəsilə hava və ya raket hücumu təhlükələri zamanı hansı sığınacağa getməli olduqlarını öyrənə biləcəklər. Sistemin 2025-ci ilin sonun qədər işə salınması nəzərdə tutulur.
Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir
Rusiya FHN-in Vətəndaş Müdafiəsi və Əhalinin Mühafizəsi Departamentinin direktor müavini Sergey Starovoytov sözlərinə görə, “hər bir vətəndaş ‘Gosuslugi’də şəxsi kabinetinə daxil olaraq xüsusi bölməyə klikləməklə hansı sığınacağa aid olduğunu, fövqəladə vəziyyət zamanı haraya getməli olduğunu görə biləcək.
Eyni sistem təxliyə məntəqələri üçün də nəzərdə tutulub — yəni təxliyə elan olunacağı təqdirdə haraya toplaşmaq lazım olduğunu göstərən məlumatlar da əlavə olunacaq.