...

Çinin dərman preparatları istehsalçısı məhsullarını Azərbaycan bazarına çıxartmaq niyyətindədir

İqtisadiyyat Materials 5 İyun 2025 17:13 (UTC +04:00)
Çinin dərman preparatları istehsalçısı məhsullarını Azərbaycan bazarına çıxartmaq niyyətindədir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin "Guangdong Guand Ai Cheng Ming Industrial Investment Co" kooperasiyası daxilində fəaliyyət göstərən dərman preparatları istehsalçısı Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Bu barədə Trend-ə açıqlamasında şirkətin rəhbəri Vanq Huadi Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransı çərçivəsində bildirib.

O deyib ki, "Guangdong Guand Ai Cheng Ming Industrial Investment Co" kooperasiyası bir neçə ixtisaslaşmış törəmə şirkəti olan müxtəlif istiqamətli sənaye investisiya müəssisəsidir: "Bu kooperasiya daxilində biz dərman müəssisəsi kimi fəaliyyət göstəririk. Biz məhsullarımızı daxili bazarla yanaşı, 40-dan çox ölkəyə də ixrac edirik. İstehsal etdiyimiz dərmanları Azərbaycan bazarına da çıxartmaq istəyirik. Güman edirik ki, burada ortaq tərəfdaşlar tapacağıq".

"Bundan başqa, "Guangdong Guand Ai Cheng Ming Industrial Investment Co" kooperasiyasının törəmə şirkətlərindən biri olan "Wan Wei Ren" Şirkəti yerli qum və çınqıl sənayesinə yönəlib, resursların inkişafına və beynəlxalq kükürd ticarətinin təmin olunmasına həsr olunub və qlobal bazarda mövcudluğunu genişləndirməkdədir. Şirkət əsas strateji istiqamətini dəyişərək, yerli və beynəlxalq resursların inteqrasiyası yolu ilə sənaye zəncirində sinerjini artırmağa çalışır. Məqsədimiz rəqabətədavamlı beynəlxalq sənaye investisiya platforması qurmaq və davamlı, sabit artımı təmin etməkdir. Bu şirkətin də Azərbaycanla əməkdaşlıq perspektivlərini dəyərləndirməyə çalışırıq", - şirkət rəhbəri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti