...

Paşinyan Ərdoğana zəng edib

Dünya xəbərləri Materials 5 İyun 2025 15:41 (UTC +04:00)
Paşinyan Ərdoğana zəng edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə Ermənistan arasında təmaslar, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan söhbət zamanı bölgədə hərtərəfli normallaşmanın və Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının əhəmiyyətinə diqqət çəkib, Türkiyə ilə Ermənistan arasında davam edən təmaslardan məmnunluğunu ifadə edib.

Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti