Bakı. Trend:
Sabah Dövlət Vergi Xidmətinin elektron xidmətlərindən istifadə mümkün olmayacaq.
Trend-ə bu barədə Dövlət Xidmətindən məlumat verilib.
"7 iyun 2025-ci il tarixdə saat 10.00-dan 24.00-dək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (https://www.e-taxes.gov.az/, https://new.e-taxes.gov.az) tərəfindən təqdim edilən elektron xidmətlərdən istifadə mümkün olmayacaq", - məlumatda qeyd edilib.
Dövlət Vergi Xidməti yarana biləcək narahatçılığa görə üzr istəyib.