Bakı. Trend:
Xorvatiyanın "Hayduk" klubu tanınmış baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, italiyalı mütəxəssis öz istəyi ilə komandanı tərk edib.
C.Qattuzo ötən ilin yayından Split təmsilçisinə rəhbərlik edirdi.