Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Trend-in məlumatına görə, bu barədə QSC-nin “Facebook” hesabında məlumat verilib.
Bildirilib ki, 5 iyunda Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.
"Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.
Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.
Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib", - deyə məlumatda qeyd edilib.