Bakı.Trend:
Bu ilin 5 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 259 172 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.
Trend Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Bayram ərəfəsində və istirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.