...

DİN-dən Qurban bayramı ilə bağlı vətəndaşlara MÜRACİƏT

Gündəm Materials 5 İyun 2025 17:01 (UTC +04:00)
DİN-dən Qurban bayramı ilə bağlı vətəndaşlara MÜRACİƏT
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Daxili İşlər Nazirliyi Qurban bayramı münasibətilə vətəndaşlara müraciət ünvanlayıb.

Trend xəbər verir ki, müraciətdə bayram günlərində ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyi bildirilib.

"İyun ayının 6-dan 10-dək respublika ərazisində - ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq, həyat təminatlı və strateji obyektlərdə təhlükəsizlik tədbirləri diqqətdə saxlanılmaqla polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər", - qurumdan əlavə olunub.

Qeyd olunur ki, vətəndaşların xeyirxah əməllərini təhlükəsiz şəraitdə sanitariya, gigiyena tələblərinə əməl olunmaqla həyata keçirməsi vacibdir. Bu məqsədlə qurbanlıq heyvanların müəyyən olunmuş yerlərdən kənarda satışı və kəsiminə icazə verilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti