Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Çindən Azərbaycana 213 min 304 ədəd smartfon idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu sayda smartfonların idxalına çəkilən xərc 62,7 milyon ABŞ dolları olub.
Çindən smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 42 min 383 ədəd və ya 16,6%, dəyər ifadəsi ilə 4,4 milyon ABŞ dolları, yaxud da 6,6% azalıb.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycana Çindən 67,1 milyon ABŞ dolları dəyərində 255 min 687 ədəd smartfon gətirilmişdi.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycana 82,8 milyon ABŞ dolları dəyərində 261 min 576 ədəd smartfon gətirilib. Smartfonlar Çindən, ABŞ-dən, Hindistandan, Koreyadan, Meksikadan və Vyetnamdan idxal edilib.