Bakı.Trend:
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 47 yaşlı Elmir Həmzəyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, ondan 6 kiloqramdan artıq marixuana aşkar olunub. Araşdırmalarla saxlanılan şəxsin narkotiki Bakı şəhərinə aparmaq istədiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Həmzəyev barəsində həbs qətimkan tədbiri seçilib.