...

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödənilib

Gündəm Materials 5 İyun 2025 15:11 (UTC +04:00)
Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödənilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları qrafikdən əvvəl ödənilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmçinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə iyun ayının pensiya ödənişi qrafikdən əvvəl həyata keçirilib.

Respublikamızın digər bölgələri, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyun ayı üzrə pensiyaları da bu ay qrafik əsasında ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti