...

SOCAR dekarbonizasiya təşəbbüsləri üzrə görülən işləri Türkmənistanda təqdim edib

Energetika Materials 6 İyun 2025 11:11 (UTC +04:00)
SOCAR dekarbonizasiya təşəbbüsləri üzrə görülən işləri Türkmənistanda təqdim edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən “Karbohidrogen yataqlarının işlənməsi zamanı innovativ texnologiyaların tətbiqinin ekoloji aspektləri” mövzusunda Beynəlxalq elmi-praktik konfransda çıxış edərək enerji, texnologiya və ekologiya kəsişməsində dayanıqlı inkişaf üçün əsas çağırışlardan bəhs edib.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Bildirilib ki, SOCAR-ın 2050-ci ilədək “xalis sıfır” hədəfi, dekarbonizasiya təşəbbüsləri və bu istiqamətdə atılan addımlardan danışan Rövşən Nəcəf "SOCAR Green" tərəfindən həyata keçirilən bərpa olunan enerji layihələri, aşağı karbon həlləri, həmçinin peyk müşahidə texnologiyası vasitəsilə metan emissiyalarının izlənilməsi ilə bağlı görülən işlər haqqında məlumat verib.

"Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirak etdiyini bildirən SOCAR prezidenti COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsinin ölkəmizin ekoloji məsələlərə həssas yanaşmasının bariz göstəricisi olduğunu vurğulayıb", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti