Bakı. Trend:
Amerika Birləşmiş Ştatları prezidentinin müşavirləri Ağ Ev rəhbəri Donald Trampla milyarder İlon Mask arasında yaşanan "münaqişədən" sonra onların barışması üçün aralarında dialoq təşkil edəcəklər. Telefon danışığının planlaşdırıldığı bildirilir.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
“Ağ Ev rəsmiləri gərginliyin daha da artmaması üçün prezidentə Maskı açıq şəkildə tənqid etməkdən çəkinməyi tövsiyə ediblər”,- məlumatda qeyd olunub.
Qeyd edək ki, bir müddət əvvəl İlon Mask və Donald Tramp arasında “soyuq yellər əsib” . Bu da ABŞ prezidentinin federal xərclərin azaldılması ilə bağlı qanun layihəsini milyarderin sərt şəkildə tənqid etməsi ilə başlayıb. Daha sonra Mask ABŞ prezidentinin onun köməyi olmadan seçkilərdə qalib gələ bilməyəcəyini bildirib.
