...

Türkiyədə “Görənlərin gözü ilə İğdırda erməni qətliamı” kitabı işıq üzü görüb

Cəmiyyət Materials 6 İyun 2025 16:55 (UTC +04:00)
Türkiyədə “Görənlərin gözü ilə İğdırda erməni qətliamı” kitabı işıq üzü görüb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi”nin və İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acarın Türkiyədə “Görənlərin gözü ilə İğdırda erməni qətliamı” adlı kitabı çapdan çıxıb.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildiriib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə nəşr olunan kitabın ön sözünün müəllifi komitə sədrinin birinci müavini Valeh Hacıyevdir.

Türk və ingilis dilində geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda şahidlərin sözləri ilə ermənilərin İğdır və ətraf şəhərlərdə törətdiyi dəhşətli qırğınlardan bəhs olunub. Qərbi Azərbaycandan zorla qovulan və xüsusilə İğdırda məskunlaşan azərbaycanlıların sonrakı taleyi haqqında geniş məlumat verilib.

İğdır vilayətinin qəsəbə və kəndlərində – Oba, Tuzluca, Hakmehmet, Küllük, Dize, Arapkiri və Gediklidə Türkiyə mediasının iştirakı ilə aşkar olunan kütləvi məzarlıqlar və şahid ifadələri ilə soyqırımı faktlarının öz təsdiqini tapdığı qeyd edilib. Aparılan qazıntılar zamanı digər yaşayış məntəqələrində də onlarla kütləvi məzarlığın aşkara çıxdığı diqqətə çatdırılıb.

Nəşrdə indiki Ermənistanın qədim türk yurdu olduğu, Qərbi Azərbaycan toponimlərinin ermənilər tərəfindən saxtalaşdırıldığı faktlarla sübuta yetirilib.

Xəbər lenti

Xəbər lenti