Bakı. Trend:
Avropa Mərkəzi Bankının İdarə heyəti şurası bu gün keçirilən iclasda faiz dərəcisini 25 baza bəndi azaldıb.
Trend xəbər verir ki, bu barədə tənzimləyicinin idarə heyəti şurasının keçirdiyi iclasın yekunlarına dair dərc olunan hesabatında deyilir.
Qeyd edilir ki, Avropa Mərkəzi Bankı ardıcıl səkkizinci dəfə faiz dərəcələrini azaltmış olub. Depozit dərəcəsi 2%-ə, əsas faiz dərəcəsi 2,15%-ə, marjinal kredit dərəcəsi isə 2,4%-ə endirilib.
Tənzimləyici bildirib ki, bu qərar inflyasiya perspektivlərinin yenilənmiş qiymətləndirilməsinə, əsas inflyasiya dinamikasına və pul-kredit siyasətinin effektivliyinə əsaslanır.
