Bakı. Trend:
Qlobal texnologiyalar şirkəti “Yango Group”un tərkibinə daxil olan, onlayn taksi sifarişi servisi “Yango Ride” sürücülər üçün sertifikatların əldə edilməsi üzrə dəstək proqramının icrasına başlandığını elan edir. Proqram sayəsində sürücülər təlimdə iştirak edə, şəhadətnamə imtahanını verə və tətbiq vasitəsilə işləmək üçün təsdiqləyici sənədi ödənişsiz əldə edə biləcəklər. Təşəbbüs servisin Azərbaycanda nəqliyyat sahəsinin və xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması strategiyası çərçivəsində yaradılıb.
Birinci mərhələdə Bakıda “Yango Ride” servisinin 1200 nəfərdən çox sürücü tərəfdaşı etik davranış qaydalarını və avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını tənzimləyən normativ hüquqi aktları əhatə edən xüsusi hazırlıq proqramını pulsuz mənimsəyə bilərlər. Proqram çərçivəsində onlar həmçinin servisin dəstəyi ilə ixtisaslarını təsdiqləmək üçün imtahan verə biləcəklər. “Yango Ride” proqramı genişləndirməyi və tətbiqdən istifadə etmək istəyən sürücülərə müntəzəm olaraq təlimlərdə iştirak etmək və dövlət imtahanı vermək imkanı yaratmağı planlaşdırır.
“Yango Ride” servisinin əsas məqsədi Azərbaycanda əlçatan, təhlükəsiz və texnoloji nəqliyyat mühitini inkişaf etdirməkdir. Bu, servisin keyfiyyəti üzərində fasiləsiz iş, səhvlərin nəzərə alınması və aradan qaldırılması, yeni həllərin axtarışı deməkdir. Təşəbbüsümüz daha çox sürücünün təlim proqramlarından yararlanmasına və öz ixtisaslarını təsdiqləməsinə imkan verəcək. Biz həmçinin sertifikatı olan tərəfdaş sürücülər üçün yenilənmiş bonus sistemini tətbiq etmək qərarına gəlmişik ki, burada xidmət keyfiyyəti ön plana çıxır", - “Yango Azerbaijan”ın rəhbəri Müşviq Həsənov bildirib.
“Yango Ride” Azərbaycanda sertifikata malik olduğunu tətbiqdə təsdiqləmiş tərəfdaş sürücülər üçün xüsusi bonus proqramı tətbiq edir. İndi sertifikatı olan yeni sürücülər 250 AZN “xoş gəldin bonusu”, servisin mövcud tərəfdaşları isə həftəlik şəxsi hədəfləri yerinə yetirməklə 155 AZN-dək bonus əldə edə bilərlər.
Proqram üzrə sertifikat almaq üçün müraciət, təlim prosesi və imtahan vermə haqqında ətraflı məlumatı servisin tərəfdaş parklarından əldə etmək olar.
“Yango Azərbaycan” haqqında
“Yango Ride” taksi sifarişi və “Yango Delivery” çatdırılma tətbiqləri 2022-ci ildə ölkə bazarına daxil olub. 2024-cü ildə “Yango” supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması, məhsulların çatdırılması üzrə “Market” və restoranlardan hazır yeməklərin sifarişi üzrə “Yemək” xidmətləri əlavə olunub.