...

Fransada şərabçılıq tənəzzül edib

Dünya xəbərləri Materials 5 İyun 2025 16:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada şərab istehsalı tənəzzül edib. 2024-cü ilin yekunlarına əsasən, ölkədə 37 milyon hektolitr şərab istehsal olunub ki, bu öncəki illə müqayisədə az qala 23 faiz azdır.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, istehsalçılar həcmlərdəki azalmanı hava şəraitinin əlverişsiz olması ilə əlaqələndirir. Belə ki, ötən ilin baharında yağıntı normadan artıq düşüb, şaxtalı mövsüm isə gec başlayıb. Bunun fəsadları şərabçılıq üzrə ixtisaslaşmış bütün bölgələrdə, o cümlədən Şampan və Jürada müşahidə olunub.

İxracata bu azalma ciddi təsir göstərməyib: tədarük həcmi hətta 0,7 faiz artaraq nəticədə 11,17 milyon hektolitr səviyyəsinə çatıb. Əvəzində Çinə tədarük həcmi nəzərəçarpacaq dərəcədə — düz 17 faiz azalıb; ekspertlər bunu Çindəki iqtisadi problemlərlə və Avstraliyadan şərab alınması ehtimalı ilə əlaqələndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti