...

ABŞ və Çin bəzi mübahisəli məsələlərini həll ediblər

Dünya xəbərləri Materials 6 İyun 2025 06:41 (UTC +04:00)
ABŞ və Çin bəzi mübahisəli məsələlərini həll ediblər

Bakı. Trend:

ABŞ və Çin, ilk növbədə nadir torpaq elementlərinin tədarükü ilə bağlı bəzi mübahisəli ticarət məsələlərini həll ediblər.

Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə telefon danışığından sonra deyib.

"Çinlə ticarət müqaviləsi məsələsində çox yaxşı vəziyyətdəyik. Bildiyiniz kimi, bizim Çinlə razılaşmamız var, lakin biz bəzi məsələləri, əsasən nadir torpaq metalları və bəzi digər məsələlərlə bağlı yeni yanaşma işləyib hazırlamışıq. Azaldılmış tarif dərəcələri qüvvədə qalır. Bizim razılaşmamız var", - deyə Tramp bildirib.

Xəbər lenti

Xəbər lenti