Bakı. Trend:
Azərbaycan şirkəti “Dream Group”la Çinin “Digital Team Technology Ltd.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, imzalanma mərasimi Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransı çərçivəsində baş tutub.
Memorandumu Azərbaycan tərəfindən Azərbaycan şirkətinin baş icraçı direktoru Kamran Allahverdiyev və Çin tərəfindən isə “Digital Team Technology Ltd.” şirkətinin həmtəsisçisi Canq Y imzalayıb.