...

Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı açıqlandı

İqtisadiyyat Materials 5 İyun 2025 14:52 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin may ayının birinə olan məlumata görə, Azərbaycanda 300-ə yaxın Çin şirkəti fəaliyyət göstərir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.

"Çin şirkətlərini azad olunmuş ərazilərin inkişafına dəvət edirik.

Bu ərazilərin böyük iqtisadi, turizm potensialı var. Bu ərazilərin reinteqrasiya prosesində Çinin texnoji həllərinin tətbiqi hər iki tərəf üçün faydalı olar.

Son 5 ildə qeyri-neft-qaz sektorumuz 26%, qeyri-neft-qaz sənayesinə yaradılmış əlavə dəyər isə 1,5% artıb. Əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticarət dövriyyəmizin də genişləndirilməsi üçün geniş imkanlar açır. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37% artaraq 1,4 mlrd. ABŞ dollarını üstələyib.

Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Azərbaycan Ticarət Evi Çinin məşhur e-kommersiya platforması olan “JD”də də aktivdir. Bu mərkəzlər ikitərəfli ticari münasibətlərimizin inkişafına töhfə verirlər.", - o bildirib.

Onun sözlərinə görə, Çin şirkətləri ölkəmizdə geniş miqyasda təmsil olunurlar:

"Cari ilin may ayının 1-nə Azərbaycanda 320-ə yaxın Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığa dair danışıqlar aparılır. İnvestisiya tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində göstərilən səylər nəticəsində Çin şirkətləri ilə sənaye, “yaşıl” enerji, nəqliyyat, kənd təsərrüfatı, İKT və ipəkçilik kimi sahələrdə birgə layihələr həyata keçirilir.

Çinin BYD şirkəti ilə Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobuslarının istehsalı və ehtiyat hissələrinin lokallaşdırılması layihəsi üzrə işlər davam etdirilir. Layihəyə əsasən Azərbaycanda yerli istehsalın qurulması və 2030-cu ilədək mərhələli şəkildə lokallaşdırma səviyyəsinin 40%-ə çatdırılması planlaşdırılır".

Xəbər lenti

Xəbər lenti