...

Qanunsuz ağac kəsilməsi ilə bağlı təbiətə 144 min manatdan çox ziyan dəyib

Hadisə Materials 5 İyun 2025 17:06 (UTC +04:00)
Qanunsuz ağac kəsilməsi ilə bağlı təbiətə 144 min manatdan çox ziyan dəyib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz, Qəbələ və Balakən rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Özbəkistan və Azər Manafov küçələrinin kəsişməsində “Teymuroğlu Construction” MTK-ya məxsus ərazidə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi 14D saylı yaşayış binasının qarşısında, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi dalan 4 ünvanında, Quba rayonu Rustov kəndi ərazisində, Xaçmaz rayonu Həsənqala kəndi ərazisində “Providense Doyç” MMC-yə məxsus ərazidə, Qəbələ rayonu Zarağan kəndi ərazisində və Balakən rayonu Hənifə bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 144 060 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti