Bakı.Trend:
Bakı-Qazax sürət qatarının qrafiki məlum olub.
Trend Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq.
Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.