...

“Qərbi Azərbaycan-Yurd yerimiz” adlı festival keçirilib (FOTO)

Cəmiyyət Materials 5 İyun 2025 22:37 (UTC +04:00)
“Qərbi Azərbaycan-Yurd yerimiz” adlı festival keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan-Yurd yerimiz” adlı festival keçirilib.

Trend xəbər verir ki, Zəfər Parkında təşkil olunan festivalda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri, Milli Məclisin Deputatı Əziz Ələkbərli, millət vəkilləri, ziyalılar, icma üzvləri, içtimayyət nümayəndələri və sakinlər iştirak ediblər.

Festival çərçivəsində qonaqlar Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, mətbəxini özündə əks etdirən sərgi ilə tanış olub, aşıq el sənəti, yallı nümunələri və Qərbi Azərbaycana aid bədii qiraət nümunələrindən ibarət kompozisiyalara tamaşa ediblər.

Şimal bölgəsi və Xaçmaz rayonunun tarixi, mədəniyyəti, məişəti, kulinariyası, əhalisinin həyat tərzi, məşğulluğu və adət-ənələrini əks etdirən nümunələrlə tanış olub, rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar. Qonaqlara məlumat verilib ki, Xaçmaz rayonunda bağçılıq geniş inkişaf edib. Bağlarda əsasən gilas, şaftalı, alma və digər meyvələr yetişdirilir. Rayonda yeni yaradılan emal və istehsal müəssisələri sahibkarlığın inkişafına təkan verməklə yanaşı, əhalinin məşğullunun təmin olunmasında mühüm rol oynayır.

Festival milli musiqilərimizin sədaları altında əsl bayram abu havasında davam edib. Tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən geniş konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.

Xəbər lenti

Xəbər lenti