Bakı. Trend:
Almaniyada Berlin-Milan hava marşrutu ilə uçan İrlandiyanın “Ryanair” hava yolları şirkətin aid sərnişin təyyarəsi qəzalı eniş edib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata əsasən, əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarə güclü turbulentliyə düşüb və Münhendə məcburi eniş etməli olub.
Qəzalı eniş nəticəsində 1-i ekipaj üzvü olmaqla, 9 nəfərin yaralandığı bildirilir. Yaralılardan 2 yaşlı uşaq və 59 yaşlı qadının xəstəxanaya yerləşdirildiyi, qalanlarının hadisə yerində ilkin tibbi yardım aldığı qeyd olunur.