...

Trampla Si Cinpin arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 5 İyun 2025 17:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və Çin arasında idxal rüsumları ilə bağlı qeyri-müəyyənliyin davam etməsi fonunda ABŞ prezidenti Donald Trampla çinli həmkarı Si Cinpin arasında telefon danışığı olub.

Trend xəbər veri ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.

Məlumatına görə, telefon danışığı məhz Ağ Ev rəhbərinin təşəbbüsü ilə olub.

Telefon danışığının təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Bundan əvvəl Ağ Ev liderlərin yaxın zamanda gömrük rüsumları ilə bağlı razılaşmanı və başqa ticari məsələləri müzakirə edəcəklərini bəyan etmişdi.

Xatırladaq ki, may ayının əvvəlində Cenevrə şəhərində ABŞ və Çin qarşılıqlı şəkildə gömrük rüsumlarının 90 gün müddətinə azaldılması ilə bağlı razılığa gəlmişidi. ÇXR rüsumları 10 faizə, Birləşmiş Ştatlar isə 30 faizə qədər endirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti