Bakı. Trend:
Bu gün UEFA Millətlər Liqasında ikinci finalçının adına aydınlıq gəlib.
Trend xəbər verir ki, yarımfinalda İspaniya millisi Fransa ilə üz-üzə gəlib. 9 qolun vurulduğu matçda İspaniya yığması 5:4 hesablı qələbə qazanaraq adını finala yazdırıb.
Qeyd edək ki, İspaniya yığması finalda Portuqaliya ilə qarşılaşacaq.
Millətlər Liqası
5 iyun
23:00. İspaniya - Fransa 5:4
Qollar: N. Villiams,23, M. Merino, 26, L.Yamal,54(pen),67, Pedri,55, - K.Mbappe,59(pen), R.Çerki,79, D.Vivian,84(ö.q), K.Muani,90+4