...

Azərbaycan-Ukrayna dostluğuna aid sənədli film çəkilib

Mədəniyyət Materials 5 İyun 2025 20:39 (UTC +04:00)
Azərbaycan-Ukrayna dostluğuna aid sənədli film çəkilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Qiymətli sənədli kadrlarla zəngin film hər iki xalqın eyni problemlə üzləşməsindən, çətinliklərə qarşı birgə mübarizə aparılmasının vacibliyindən bəhs edir.

Trend xəbər verir ki, raket zərbələri ilə viran olmuş Ukrayna şəhərləri və düşmənlər tərəfindən talan edilmiş, daşı daş üstündə qalmayam Ağdam şəhərinin kadrları filmdə yer alır.

Ölməz Rəşid Behbudovun Ukrayna dilində oxuduğu "Ruşnik" mahnısı mini sənədli filmin Ukrayna-Azərbaycan xalqlarının dostluğunun rəmzi kimi istifadə olunub. Rəşid Behbudovun ifası baş verən dəhşətlərin miqyasına və bu dəhşətlərdən yalnız birlikdə xilasın mümkünlüyünə yüksək peşəkarlıqla uzlaşdırılıb.

Mini filmin mahiyyəti bütün ekran boyu vaxtaşı yazılan ingiıis dilində titrlərlələ izah olunur.

Film bu titrlərlə başlayır:
UKRAİNE AND AZERBAİJAN TWO NATIONS WITH ONE PROBLEM
(UKRAYNA VƏ AZƏRBAYCAN İKİ MİLLƏTİN BİR PROBLEMİ)

Mini filmi hazırlamaqla Ukrayna xalqının ən çətin günlərində Azərbaycanın onların yanında olmasına minnətdarlıq bildirişidir.

Qeyd edək ki, mini sənədli film Ukraynanın Multiplex şirkəti tərəfindən ərsəyə gətirilib.

Xəbər lenti

Xəbər lenti