Bakı. Trend:
Gürcüstan Avropa İttifaqının ekstremizmi maliyyələşdirməsinə dair faktlara sahibdir.
Trend xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
“Biz avropalılarla söhbət edəndə, onlara belə deyirik:
“Bizdə faktlar var, onu öz faktlarınızla mübahisələndirin, faktlarla, yalan və ümumi bəyanatlarla yox. Biz deyəndə ki, siz ekstremizmi təşviq edirsiniz, bu iddiamızı faktlarla, video ilə, sizin maliyyələşdirmə praktikanızla möhkəmləndiririk”, - deyə o bildirib.
Kobaxidze əlavə edib ki, Gürcüstan avropalı rəsmilərlə görüşlər zamanı onlara qeyd etdikləri faktları təqdim etsə də, buna cavab olaraq yalnız ümümi ifadələr alır.