Bakı.Trend:
Qırğızıstanın paytaxtı Bişkekdə özəl uşaq bağçası adı altında fəaliyyət göstərən narkolaboratoriya aşkarlanıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, operativ-axtarış tədbirləri və keçirilmiş axtarış nəticəsində marixuananın yetişdirilməsi üçün ixtisaslaşdırılmış avtomatlaşdırılmış laboratoriya aşkar edilib. 19 ədəd narkotik tərkibli bitki kolu, 54 qram həşiş və çətənənin becərilməsi üçün nəzərdə tutulan avadanlıqlar müsadirə olunub.
Əməliyyatın gedişində 1993-cü il təvəllüdlü K. D. K., 1980-ci il təvəllüdlü Ş. N. K., 1992-ci il təvəllüdlü M. S. Ö., 1985-ci il təvəllüdlü S. M. B. və 1988-ci il təvəllüdlü K. Ç. R. saxlanılıb.
Qeyd edilir ki, müsadirə olunan narkotik vasitələrin qara bazarda satışından əldə oluna biləcək potensial gəlir təxminən 25 milyon som təşkil edib.