Bakı. Trend:
"Brent" markalı neftin fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 2025-ci ilin avqustunda 29 may 2025-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 66 dolları ötüb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.
Saat 17:33 üçün olam məlumata əsasən, "Brent" markalı neftin bir barelinin qiyməti 1,23 faiz artaraq 66,09 dollar təşkil edib.
Saat 18:10 üçün "Brent" fyuçersləri artımını sürətləndirərək bir barel üçün 66,19 dollara (+1,38 faiz), 2025-ci ilin iyulunda "WTI" markalı neftin fyuçersləri isə 1,8 faiz artaraq bir barel üçün 64,35 dollara satılıb.