Bakı. Trend:
"Latsio" heyətini yeni futbolçu ilə gücləndirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Roma klubu "Arsenal"ın futbolçusu Nuno Tavareşi transfer edib.
Məlumata görə, portuqaliyalı müdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Tavareş karyerası ərzində icarə əsasında "Benfika", "Marsel" və "Nottingem Forest" klublarında da çıxış edib.