...

ARDNF dövlət büdcəsinə transferti tam həyata keçirib

İqtisadiyyat Materials 5 İyun 2025 18:00 (UTC +04:00)
ARDNF dövlət büdcəsinə transferti tam həyata keçirib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 6,039 milyard manat təşkil edib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bəhs olunan dövrdə ARDNF xətti ilə dövlət büdcəsinə transfert 100% icra edilib.

Qeyd edək ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 17,138 milyard manat təşkil edib. Bu, 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çoxdur. Bu dövrdə dövlət büdcəsinin xərcləri 14,195 milyard manat proqnoza qarşı 13,692 milyard manat, yəni 96,5 faiz icra edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti